Xalq artisti Teymur Mustafayev əlli altı il əvvəl Xan Şuşinski ilə çəkdirdiyi fotonu "Ölkə.Az" saytına təqdim edib. Xalq artisti Teymur Mustafayev əlli altı il əvvəl Xan Şuşinski ilə çəkdirdiyi fotonu "Ölkə.Az" saytına təqdim edib.

Xalq artistinin Xan Şuşinskiylə 56 il əvvələ aid - Fotosu

Xalq artisti Teymur Mustafayev əlli altı il əvvəl Xan Şuşinski ilə çəkdirdiyi fotonu "Ölkə.Az" saytına təqdim edib.

Sənətkar fotonun tarixçəsiylə bağlı əməkdaşımıza bunları deyib:

"Bu foto 1961-ci ildə Şuşada çəkilib. Mən Bakıya 1957-ci ildən gəlmişəm. Elə ilk gəldiyim vaxtdan da Xan əmi mənə dəstək olub. Xan əminin dostları, sevənləri onu Şuşaya çağırmışdılar. Mənə Teymur bala deyərdi. Dedi ki, Teymur bala, sən də mənimlə get. Onun sözündən çıxmağa ixtiyarım nə idi? Onun ruhuna qurban olum mən".

Qeyd edək ki, sözügedən foto ilk dəfə dərc edilir.

AzNews.az