22:21
(077) 610-22-33

Arıqlamaq üçün bankdan kredit götürdü - Əməliyyat olundu (Fotolar)

  • >
18 921 5 May 19:00 | Günün fotosu

Mersinin mərkəz Akdəniz qəsəbəsində yaşayan, 230 kiloqram çəkisi olan Cem Örtülü artıq çəkidən qurtulmaq üçün bankdan kredit götürərək əməliyyat olunub.

AzNews.az xəbər verir ki, 35 yaşlı yük maşını sürücüsü olan Cem Örtülü idman və pəhriz edərək artıq çəkidən qurtulmadığını gördükdə əməliyyat etdirmək qərarına gəlir. 20 yaşından bu yana artıq çəkidən əziyyət çəkən kişi bankdan kredit götürərək əməliyyata bir gün ərzində qərar verdiyini və hədəfinin 100 kiloya düşmək olduğunu bildirib.

Artıq çəkiyə görə sürücülük belə etməkdə çətinlik çəkdiyini bildirən kişi yatanda çox əziyyət çəkdiyini, özünə paltar tapa bilmədiyini və hər bir şeydən yorulduğunu bildirib.

Əməliyyatdan sonra nəfəs almasında problemin olmadığını, artıq mətbəxə tez-tez girmədiyini, 3-4 qaşıq şorba ilə doyduğunu bildirən gənc sürücü bundan sonra da həyatının dəyişəcəyini bildirib.

Bağla X