20:40
(077) 610-22-33

Bu qadın 117 yaşını qeyd edir - FOTOLAR

  • >
2 705 4 Mart 2015 15:00 | Günün fotosu

Yaponiyadan olan dünyanın ən yaşlı qadınının 117 yaşı tamam olur.



AzNews.az BBC-yə istinadən xəbər verir ki, 1898-ci il martın 5-də Osakada anadan olan Misao Okawa sabah 117 yaşını qeyd etməyə hazırlaşır.

Hazırda Misao qocalar evində yaşayır. Buradakı işçilər Misaonun son zamanlar hərəkətinin yavaşıdığını və eşitmə qabiliyyətinin nisbətən zəiflədiyini bildirirlər. Buna baxmayaraq Misaonun səhhəti yaxşıdır və o yaxşı qidalanır.




1919-cu ildə xanım Okawa Yukio ilə ailə qurub. Yukio 1931-ci ildə vəfat edib. Bu nikahdan onların iki qız və bir oğlu dünyaya gəlib. Hazırda Misaonun 4 nəvəsi və altı nəticəsi var.

Xanım Okawa 1913-cü ildə Ginnesin Rekordları tərəfindən dünyanın ən yaşlı insanı kimi tanınıb.




Aydan Axundova
AzNews.az
Bağla X