Şimali Koreya lideri Kim Çen In ilk dəfə olaraq səfərə bacısı Kim Yo Çjonla gedib. Şimali Koreya lideri Kim Çen In ilk dəfə olaraq səfərə bacısı Kim Yo Çjonla gedib.

Kim Çen In səfərə ilk dəfə bacısı ilə getdi – FOTO

Şimali Koreya lideri Kim Çen In ilk dəfə olaraq səfərə bacısı Kim Yo Çjonla gedib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat "Nodon sinmun" qəzetində yer alıb.

Məlumatda deyilir ki, Şimali Koreya liderinin səfərə ilk dəfə bacısı ilə getməyi bu ölkədə böyük maraq doğurub. Çünki onun bacısının adicə adı da gizli saxlanılırdı. Onun adı yalnız Şimali Koreya Əmək Partiyasının şöbə müdirinin müavini kimi mediada hallanıb.

Qəzetin dərc etdiyi materialda da Kim Yo Çjon Kim Çen Inın bacısı kimi deyil, Əmək Partiyasının funksioneri kimi təqdim edilib.


Kim Çen In səfər çərçivəsində Sarı dənizdə yerləşən Sindo adasına gedib və hərbçilərlə görüşüb.

Şimali Koreyanın mərkəzi qəzeti hesab edilən "Nodon sinmun" yazıb ki, Kim Çen In səfərlərə təyyarə ilə gedir. Ancaq onun atası Kim Çen İr və babası Kim İr Sen yalnız qatarlarla yola çıxırmış.