Bölgələrimiz də Novruza xüsusi hazırlaşıb, hətta Balakəndə Novruzun gəlişi qeyri-adi şəkildə keçirilib. Bölgələrimiz də Novruza xüsusi hazırlaşıb, hətta Balakəndə Novruzun gəlişi qeyri-adi şəkildə keçirilib.

Novruz şənliyindən möhtəşəm görüntülər - VİDEO

Bölgələrimiz də Novruza xüsusi hazırlaşıb, hətta Balakəndə Novruzun gəlişi qeyri-adi şəkildə keçirilib.

ANS TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, Balakən rayonunda Baharın gəlişi möhtəşəm şəkildə qeyd olunmaqla Azərbaycan bayrağının səmaya yüksəldilməsilə start götürdü. Havaya qalxan təyyarə üçrəngli bayrağımızı bir müddət səmanın yüksəkliklərində dalğalandırdı.

Balakən aviasiya məktəbinin yetirməsi daha sonra paraşütlə bayrağımızı dalğalandıraraq, bayramın keçirildiyi ərazinin yaxınlığına eniş etdi.

Qonaqlar isə Bahar bayramının belə orijinal qeyd edilməsini gur alqışlarla qarşıladı.

Azsaylı xalqların daha çox məskunlaşdığı və qədim adətlər yaşadılan Balakəndə Novruz tonqalı alovlandırıldı. Bayram iştirakçıları böyük bir ərazini əhatə edən bayram süfrəsilə tanış oldu. Novruzla bağlı çeşidli mətbəx nümunələri böyük maraq doğurdu.

Rayon sakini Meysərət Qaysayeva: "Biz bu gün azsaylı xalqların nümayəndələri kimi, Novruz bayramını qeyd edirik. Bayramı Azərbaycan xalqının adət-ənənəsinə uyğun bir şəklidə keçiririk. Novruz bayramını çox sevirik, ona görə ki, bu bayramın gəlişi ilə torpaq oyanır. Kənd sakinləri isə bunu daha yaxşı hiss edirlər".

Bayram tədbirində rayonda yetişdirilən kənd təsərrüfatı məhsulları da nümayiş olundu.

Mərasimdə yazın gəlişini bildirən səməni, novruz xonçaları, şəkərbura, paxlava öz fərqli və maraqlı görünüşü ilə iştirakçıların marağına səbəb oldu.

Novruzun canlı rəmzlərindən olan Keçəl və Kosa, Bahar qızının gəlişi tədbiri daha rəngərəng etdi. Bayram tədbiri milli rəqslər və musiqiçilərin ifaları ilə davam etdirildi.