Türkiyənin ən bahalı, dünyanın isə 4-cü ən bahalı evi kimi tanınan Erbilginlər malikanəsi satılıb. Türkiyənin ən bahalı, dünyanın isə 4-cü ən bahalı evi kimi tanınan Erbilginlər malikanəsi satılıb.

Dünyanın ən bahalı evlərindən biri satıldı – 100 milyon avro

Türkiyənin ən bahalı, dünyanın isə 4-cü ən bahalı evi kimi tanınan Erbilginlər malikanəsi satılıb.



AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbulda yerləşən malikanə 100 milyon avroya satılıb. Onu alan şəxs Qətərdən olan iş adamı Abdulhadi Mana Əl-Həcridir.

Satışı 25 mart tarixində gerçəkləşən malikanə "Dardanelles" şirkətinin adına sənədləşdirilib.

Qeyd edək ki, 64 otağı olan malikanə 5800 kvadratmetr ərazidə yerləşir. Onun hər küncündə Osmanlı İmperatorluğunu xatırladan məqamlara rast gəlmək olar.

Əvvəllər bura Burhanəddin Əfəndi və Misirlilər malikanələri adlandırılıb.

1785-ci ildə tikilən evin saatsaz Hacı Panayot adlı şəxsə aid olduğu deyilir. Bura 1887-ci ildə nazir Mahmud Münir Paşaya aid olub, onun ölümündən sonra Ənvər Paşanın anası Ayşə Pərvin ilə Şükriyə Ülviyə xanımın mülkiyyətinə keçib. 1911-ci ildə II Əbdülhəmid malikanəni çox bəyənib və onu Burhanəddin Əfəndiyə alıb. Türkiyə Cümhuriyyətinin qurulması ərəfəsində malikanəni misirli Əhməd İhsan alıb. Erbilginlər isə onu Əhməd İhsanın uşaqlarından 1984-cü ildə satın alıb. Ev bərbad vəziyyətə düşdüyündən 1989-cu ilə kimi restavrasiya edilib.

Qeyd edək ki, malikanə "Forbes" jurnalının "Dünyanın ən bahalı 10 evi" siyahısında 4-cü yerdə qərarlaşıb.