03:34
(077) 610-22-33

Məşhur online mağaza Azərbaycanı aşağıladı (FOTO)

  • >
5 112 12 Oktyabr 2015 11:07 | Günün fotosu

Telefonların satışı məşğul olan məşhur “Myphone.ae” online mağazası Azərbaycana qarşı aşağılayıcı münasibət göstərib.


Bu barədə AzNews.az-a mağazadan telefon sifariş edən Şəhriyar Əlibəyov məlumat verib. O, Dubaydan sifariş etdiyi telefonun bəzi hissələrinin gətirilmədiyini, buna görə də şirkətə şikayət ünvanladığını bildirib. Lakin aldığı cavab şifarişçini Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməyə məcbur edib: "From.ae-dən də telefon sifariş edirəm. Bir az bahadır, lakin yaxşıdır. Myphone.ae isə nisbətən ucuzdur. Yəni, buradakı telefonlar kasıb ölkələr üçün nəzərdə tutulub. Həmin telefonların sifarişi Dubaydan iki aya başa gəlir. Son vaxtlar isə telefonları yarımçıq göndərirlər, yəni açanda baxırsan ki, müəyyən hissələri yoxdur".

Ş.Əlibəyovun sözlərinə görə, iki gün bundan öncə sifariş etdiyi daha bir telefon ünvanına yarımçıq çatdırılıb: "Şikayət edirəm, deyirəm ki, bu nə münasibətdir? Mənə nə göndərsə yaxşıdır? Hansısa pakistanlının videosunu. Videoda da göstərilir ki, qutunu açırsan, içindən qulaqcıq çıxmır. Mən də ona İngiltərə istehsalı olan telefonun videosunu göndərirəm, deyirəm normalda telefon bu formada gəlməlidir. Elə bunu göndərin. Yazır ki, "ölkəniz Pakistandan artıqdır, yoxsa Amerikadan?"

Şikayətçi ölkəyə qarşı olan bu aşağılayıcı münasibətə görə, mağazanın baş ofisinə və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edəcəyini bildirib.






Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X