Gəncə şəhərindəki apteklərdən birində şəhər sakini güclü təsir edici maddə olan “Lyrica” dərman həbini satarkən saxlanılıb. Gəncə şəhərindəki apteklərdən birində şəhər sakini güclü təsir edici maddə olan “Lyrica” dərman həbini satarkən saxlanılıb.

Aptekdə güclü təsiredici həb satan şəxs tutuldu

Gəncə şəhərindəki apteklərdən birində şəhər sakini güclü təsir edici maddə olan “Lyrica” dərman həbini satarkən saxlanılıb.


AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərindəki apteklərdən birində şəhər sakini Aqil Kazımov 10 ədəd 3 qramlıq güclü təsir edici maddə olan "Lyrica" dərman həbini 50 manata satarkən saxlanılıb.

Aptekə baxış zamanı isə əlavə olaraq 153 ədəd ümumi çəkisi 45,9 qramlıq güclü təsir edici maddələr olan "Lyrica" dərman həbi, 220 ədəd "Kontramal" və 40 ədəd "Tramadol" ümumi çəkisi 35 qram olan dərman həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.