Ələt-Astara magistralında minik avtomobili traktorla toqquşub. Ələt-Astara magistralında minik avtomobili traktorla toqquşub.

Ələt-Astara magistralında ağır qəza - Yaralılar var

Ələt-Astara magistralında minik avtomobili traktorla toqquşub.


Magistralın 117-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində "Ford" markalı minik avtomobili traktora çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Bəkirov Nəsib Bəkir oğlu və sərnişini, 1973-cü ildə anadan olmuş Paşayev Yalçın Saleh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Lent.az