Abşeron polisi həyat yoldaşını bıçaqlayıb qaçan şəxsi saxlayıb. Abşeron polisi həyat yoldaşını bıçaqlayıb qaçan şəxsi saxlayıb.

Arvadını bıçaqladı - Sonra üzr istədi

Abşeron polisi həyat yoldaşını bıçaqlayıb qaçan şəxsi saxlayıb.


Xırdalan şəhərində 3 gün əvvəl həyat yoldaşını bıçaqlayaraq evdən qaçan şəxs bu gün Abşeron polisi tərəfindən saxlanılıb.

Yaralı 46 yaşlı İlhamə Abbasova çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib. 46 yaşlı İlhamə Abbasovanı evdə bıçaqlayaraq qaçan həyat yoldaşı 47 yaşlı Eldar Abbas oğlu Abbasov istintaqa ifadə verərkən cinayəti törədən zaman içkili olduğunu bildirib.

"Şkafdan bıçağı götürdüm, iki dəfə qolundan, bir dəfə də qarnından vurdum".

Həyat yoldaşını bıçaqladığına görə peşman olduğunu deyən Eldar cəzasını çəkdikdən sonra İlhamə xanımın onu bağışlayacağına ümid etdiyini də deyib: "Mən həmişəki kimi mehribanam. Yoldaşımdan da öz səhvimə görə üzr istəyərdim".

İndi həbsxanaya yola salınan Eldarın yeganə istəyi həyat yoldaşının onu bağışlamasıdır. Onun alacağı həbs cəzasının müddəti isə məhkəmənin yekununda bəlli olacaq.

Anspress.com