04:32
(077) 610-22-33

“Balıqlara yem əvəzinə insan nəcisi verilir” - Azərbaycanda tükürpədici biznes

  • >
16 780 25 May 2016 13:27 | Hadisə

“Tualetlərdən xüsusi maşınlar vasitəsilə çəkilən tullantılar Saatlı rayonu ərazisində balıq saxlanılan göllərə, hovuzlara boşaldılır”.


Bu barədə məlumatı AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib. Onun sözlərinə görə, sözügedən məlumat quruma yeni daxil olub: "Tualetlərdən çəkilən artıqlar süni göllələrə və hovuzlara balıqların yemlənməsi məqsədi ilə boşaldılır. Bu, anormal haldır, insan həyatını məhv etməkdir. Bizə də bu haqda məlumat yeni daxil olub".

E.Hüseynov bildirib ki, sözügedən tullantıyla qidalanmış balıqları yeyən insanlar birbaşa xərçəng xəstəliyinə tutula bilər: "Bundan əlavə, mədə-bağırsaq və mənşəyi məlum olmayan xəstəliklər yarana bilər. Çünki insan orqanizmi belə sularda saxlanılan balıqları yeyərkən ağır metal və duzlarla zənginləşir".

Ekspert Səhiyyə Nazirliyini də tənqid edib: "Baxın apteklərə, insan əlindən tərpənmək olmur. Bunun bir səbəbi var. Əlbəttə ki, qida. Çox təəssüf ki, Səhiyyə Nazirliyi heç bir təhqiqat aparmır və eyni zamanda bu məsələlərə münasibət belə bildirmir".

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X