İsmayıllının Mücəftəran kəndində Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyun 4 canavarın hücumuna məruz qalıb. İsmayıllının Mücəftəran kəndində Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyun 4 canavarın hücumuna məruz qalıb.

İsmayıllıda 4 canavar kəndə hücum etdi – 1 nəfər yaralandı

İsmayıllının Mücəftəran kəndində Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyun 4 canavarın hücumuna məruz qalıb.



AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, рadisə ötən gün axşam saatlarında kənd sakini Sahib Məmmədovun mal-qaranı naxırdan gətirən zaman baş verib. Canavarları qovmaq istəyərkən onların hücumuna məruz qalan Sahib Məmmədov əl, qol, çənə və boğazından ağır xəsarətlər alıb. Hadisə zamanı 6 baş qoyun tələf olub. Xəsarət alan mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.

Hadisə zamanı xəsarət alan Sahib Məmmədov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin müayinəsi və ilkin tibbi yardımından sonra evə buraxılıb.