22:42
(077) 610-22-33

İcra başçısı zəlzələdən danışdı: “Ziyanlıq olsaydı...”

  • >
3 742 1 Avqust 2016 13:36 | Hadisə

“Zərdab rayonunda bu gün səhər saatlarında baş verən zəlzələ zamanı heç bir ziyan dəyməyib”.


Bunu AzNews.az-a açıqlamasında Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi rayonda 3 bal gücündə zəlzələ qeydə alınıb: "Bu saatlara kimi rayon nümayəndəliklərdən icra hakimiyyətinə heç bir məlumat daxil olmayıb. Əgər belə bir ziyanlıq olsaydı, bizə məlumat verilərdi".

L.Babayev onu da əlavə edib ki, baş verən zəlzələdən dərhal sonra komissiya yaradılıb: "Həmin komissiya hazırda işləyir. Hələlik hansısa bir zərərlə bağlı məlumat yoxdur".

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X