İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı məhkəmə qərarından kassasiya şikayəti verib. İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı məhkəmə qərarından kassasiya şikayəti verib.

​İTV Ali Məhkəməyə müraciət etdi - MTRŞ ilə bağlı

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı məhkəmə qərarından kassasiya şikayəti verib.


Məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas avqustun 4-nə təyin edilib.
İşə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün televiziya kanallarına dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Həmin il MTRŞ İTV-də yayımlanan "Qarabağnamə" çoxseriyalı bədii televiziya filminə 800 min manat vəsait ayırıb. Lakin televiziya filmi yarımçıq dayandırılıb. Ötən il MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verərək həmin film üçün ayrılan vəsaitin 429 min manatının geri qaytarılması barədə tələb irəli sürüb. MTRŞ bu iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə MTRŞ-ın iddiasını təmin edib.

Qərarla razılaşmayan şirkət isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İTV-nin apellyasiya şikayəti təmin edilməyib.

Report.az