Bakıda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bakıda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda ağır qəza - Səfirlik əməkdaşı yaralandı

Bakıda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Nizami rayonu, H.Əliyev prospekti 117 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Yusif Hacıyevin idarə etdiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinə məxsus "Nissan", Cəlilabad rayon sakini 1964-cü il təvəllüdlü Əliqardaş Xudiyevə məxsus "Mercedes-Benz" və Bakı şəhər sakini Əli Rəsulovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşublar.

Y.Hacıyev müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Report.az