Şəki rayon sakini həmyerlisinə pnevmatik tüfəngdən atəş açıb. Şəki rayon sakini həmyerlisinə pnevmatik tüfəngdən atəş açıb.

Şəkidə qanlı olay - Həmyerlisini güllələdi

Şəki rayon sakini həmyerlisinə pnevmatik tüfəngdən atəş açıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, avqustun 1-də Şəki rayonun Aşağı Göynük kəndində rayon sakini İkram Kərimov xuliqanlıq zəminində pnevmatik tüfəngdən atəş açaraq həmyerlisi Rəhman Əlfətova ayaq nahiyəsindən xəsarət yetirib.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Kərimov tutulub, ondan müvafiq sənədləri olan "Striker" markalı pnevmatik tüfəng götürülüb.