Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil elektrik dirəyinə çırpıldı - Sürücü öldü

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə bu gün axşam saatlarında rayonun Ləkit kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qax rayonunun Zərnə kənd sakini, 82 yaşlı Mahmud Rəhim oğlu Mahmudov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yol kənarındakı elektrik dirəyinə çırpıb. Sürücü aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.


Report.az