Kür çayında batan şəxs xilas edilib. Kür çayında batan şəxs xilas edilib.

Kürdə batan şəxs xilas edildi

Kür çayında batan şəxs xilas edilib.


Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Şirvan şəhərində Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:55-də başa çatıb.