Bakıda fərdi yaşayış evinin həyətyanı sahəsində su quyusuna düşən şəxs xilas edilib. Bakıda fərdi yaşayış evinin həyətyanı sahəsində su quyusuna düşən şəxs xilas edilib.

Su quyusuna düşən şəxs xilas edildi - Bakıda

Bakıda fərdi yaşayış evinin həyətyanı sahəsində su quyusuna düşən şəxs xilas edilib.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı quyudan çıxarıb və Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verib.