Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib. Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.

Yataqxanada uçqun - Yaralananlar var (Yenilənib)

Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.


Yataqxana sakinlərinin verdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"nda baş verib. Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir.

Trend.az

09:41
***

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"ında yerləşən evlərinin birinin tavanı çöküb. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşağı xəsarət alıb.

Sözügedən yataqxanaya gedərək vəziyyətlə tanış olduqdan sonra məlum olub ki, məcburi köçkünlər 25 ildir ki, həmin binada yaşayırlar. Əvvəllər bina yaşanılası vəziyyətdə olsa da, son illər artıq bərbad vəziyyətə düşüb. Yataqxanada antisanitar vəziyyət hökm sürür. Elə bu səbəbdən də bu günlərdə 6 aylıq uşaq dünyasını dəyişib.

136 ailənin məskunlaşdığı uçuq-sökük yataqxanada siçovulların, zərərli həşəratların, üfunət qoxusunun əlindən dayanmaq mümkün deyil. Uşaqların, valideynlərin bədənləri yara töküb.


Şuşadan olan məcburi köçkün Xocayeva İlduzə bildirib ki, dəfələrlə aidiyyatı qurumlara problem barədə müraciət edilib: "Bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binanın qəzalı vəziyyətdə olduğunu deyiblər. Burada bir dəqiqə belə yaşanılası deyil. Bütün uşaqların, o cümlədən bizim həyatımız təhlükədədir. Hər an hansısa qəlpə uçub başımıza düşə bilər. Ötən ay nəvəmin başına qəlpə düşdü, 8 yerdən tikiş qoydular.

3 ay bundan əvvəl Qaçqınkomdan dedilər ki, veşlərinizi yığın, sizi köçürdəcəyik. 3 gün əvvəl də gəlib eyni sözü dedilər. Hamı "veş-vüş"ünü yığıb. Amma köçürdən yoxdur. Bizi Nazirlər Kabinetinin yanına getməyə qoymurlar. Cənab prezidentdən xahiş edirik ki, acınacaqlı vəziyyətimizi nəzərə alsın, dözülməz həyat şəraitindən bizləri xilas etsin".

Ötən gün uşağı xəsarət alan ev sahibi Rəsul Məmmədov hadisənin baş vermə anından danışıb: "Axşam çörək yediyimiz yerdə tavandan iki-üç daş uşağın başına töküldü. Pol taxtasını tavana vurdum. Şarıltıyla bir kilo yarımlıq daşlar töküldü.

Uşağı xəstəxanaya çatdırdıq. İndi qorxusundan evə gəlmək istəmir".

Qeyd edək ki, çəkiliş zamanı Fövqəladə Hallar Nazirliyinin, Xəzər rayonu İcra Kakimiyyətinin nümayəndələri də hadisə yerinə gəldilər. Ancaq FHN-in rəsmisi binadakı vəziyyətlə bağlı suallarımıza cavab verməkdən imtina etdi.

Qafqazinfo.az

image description image description image description image description