Nizami rayonunda mənzildə baş verən yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib. Nizami rayonunda mənzildə baş verən yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.

Bakıda yanğın - İki nəfər tüstüdən zəhərləndi

Nizami rayonunda mənzildə baş verən yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 30 m2 olan 2 otaqlı mənzilin mətbəxində 6 m2 sahədə əşyalar yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.