Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Motosikletlə avtomobil toqquşdu - Yaralılar var

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.


Hadisə Poylu stansiyasının yaxınlığında qeydə alınıb. Motosikletlə minik avtomobilinin toqquşması nəticəsində motosikletdə olan iki nəfər, 1989-cu il təvəllüdlü Niyaz İsmayılov və 2002-ci il təvəllüdlü Elçin Yolçuyev müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.


APA.az