09:16
(077) 610-22-33

27 yaşlı qadın 5-ci mərtəbədən yıxılaraq öldü - Şamaxıda

  • >
726 11 Avqust 2016 20:05 | Hadisə

Şamaxı rayonunda bədbəxt hadisə baş verib.


Hadisə bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin Şirvan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Şəhər sakini 1989-cu il təvəllüdlü Abdurrəhmanova Şəhla Elşad qızı yaşadığı evdə pəncərə şüşələrini silib təmizləyərkən ehtiyatsızlıq edib və binanın 5-ci mərtəbəsindən yıxılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Şəhla Abdurrəhmanova təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq bir uşaq anası olan Şəhla Abdurrəhmanova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


APA.az
Bağla X