22:26
(077) 610-22-33

Ticarət mərkəzində yanğın - Bakıda (Yenilənib)

  • >
7 825 13 Avqust 2016 13:17 | Hadisə

Bakıda ticarət mərkəzində yanğın baş verib.


Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yeni açılmış ticarət mərkəzində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, insanlar təxliyə edilib və yanğın söndürülüb.

APA.az

10:15
***
Fövqəladə Hallar Nazirliyi "BİG" Store ticarət mərkəzinin yanması ilə bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4000 m2 olan "BİG" Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb. Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıblar. Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 9:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bağla X