İmişli rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub. İmişli rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

Avtobusla yük maşını toqquşdu - Yaralılar var

İmişli rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub.


Hadisə bu gün saat 10.30 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 70-ci kilometrliyində, İmişli rayonunun Qaraqaşlı kəndi ərazsində qeydə alınıb. "Shacman" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində idarəetməni itirən sürücü avtomobili qarşıda hərəkətdə olan "Hyundai" markalı sərnişin avtobusuna çırpıb.

Nəticədə 5 nəfər- avtobusun sərnişinləri və yük avtomobilinin sürcüsü müxtəlif xəsarətlərlə Saatlı və İmişli rayon xəstəxanalarına yerləşdirilib. Onlardan üçünün ağır xəsarətlər aldığı qeyd edilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

APA.az