Lənkəran şəhərində bir nəfər dənizdə çimərkən batıb. Lənkəran şəhərində bir nəfər dənizdə çimərkən batıb.

Lənkəranda bir nəfər dənizdə batdı - Yenilənib

Lənkəran şəhərində bir nəfər dənizdə çimərkən batıb.


AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar.

Əlavə məlumat veriləcək.

14:34
***

Lənkəranda bu gün günorta saatlarında Xəzər dənizinin şəhərin "Kiçik bazar" ərazisində çimərkən batan şəxsin meyiti tapılıb.

ABatan şəxsin rayonun Göyşaban kənd sakini, 15 yaşlı Elmar Eldar oğlu İslamzadə olduğu məlum olub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

APA.az