Cəlilabadda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Cəlilabadda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Maşın dərəyə aşdı: 1 ölü, 3 yaralı - Qəzadan görüntülər

Cəlilabadda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.


Hadisə ötən gün axşam saatlarında Cəlilabad-Yardımlı avtomobil yolunun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Kövüzbulaq kənd sakini Əlifağa Mirzəyevin idarə etdiyi "VAZ - 21 011" markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə sürücü də daxil olmaqla sərnişinlər Zaur Ağayev, Xumar, Qətibə Ağayevalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq Qətibə Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Yaralıların vəziyyəti isə ağır olaraq qalır. İlkin ehtimala görə qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.



Region TV