20:02
(077) 610-22-33

Şirvan Milli Parkında yanğın

  • >
7 043 16 Avqust 2016 13:00 | Hadisə

Şirvan Milli Parkında yanğın baş verib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, 15 avqust 2016-cı il tarixində gecə saat 22:00 radələrində Salyan rayonunun Dağüstü kəndinin inzibati ərazisində baş verən yanğın güclü küləyin olması səbəbindən Şirvan Milli Parkının ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Salyan rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının qarşısının alınması üçün əsasən əl əməyindən, həmçinin müvafiq texniki vasitələrdən istifadə olunaraq saat 23:00radələrində tamamilə söndürülüb. Yanğın nəticəsində Milli Parkın təxminən 8 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib. Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
Bağla X