17:00
(077) 610-22-33

Bakıda bir nəfər özünü dənizə atdı

  • >
1 564 16 Avqust 2016 17:27 | Hadisə

Dənizkənarı Milli Park ərazisində bir nəfər intihara cəhd edib.


AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola, nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:00-da başa çatıb.
Bağla X