Qax rayonunda 25 yaşlı gənc intihar edib. Qax rayonunda 25 yaşlı gənc intihar edib.

25 yaşlı gənc özünü asdı - Qaxda

Qax rayonunda 25 yaşlı gənc intihar edib.


Hadisə bu gün axşam saatlarında rayon mərkəzində baş verib.

Belə ki, rayonun Amanlı kənd sakini, 1991-ci il təvəllüdlü Şahin Yusif oğlu Məmmədli kirayə yaşadığı Qax şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 23 ünvanında özünü nar ağacından asıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.
Məlumata görə, Ş.Məmmədli ailəlidir.


Report.az