Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Bakı-Qazax yolunda iki avtomobil toqquşdu - Yaralılar var

Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.


Hadisə Bakı-Qazax magistral yolunun 505-ci kilometrliyində, Qazax rayonun Birinci Şıxlı kəndi ərazisində qeydə alınıb. "Mercedes" ilə "VAZ 21014" markalı avtomobillərin toqquşması zamanı iki nəfər, rayonun ikinci Şıxlı kənd sakinləri, 1965-ci il təvəllüdlü İqbalə Vəliyeva və 1997-ci il təvəllüdlü Elnarə Qurbanova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


APA.az