14:13
(077) 610-22-33

İstirahət edərkən çayda boğuldu - Lerikdə + Yenilənib

  • >
1 912 17 Avqust 2016 15:20 | Hadisə

Lerik rayonunda bədbəxt hadisə nəticəsində ölmüş şəxsin meyiti tapılıb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

Ölən şəxsin Lənkəran rayonunun Digah kənd sakini, 18 yaşlı Mircavad Məhəmməd oğlu İsmayılov olduğu məlum olub. M. İsmayılov Lənkəran-Lerik şose yolunun 25-ci kilometrliyində, Lerik rayonunun Şivəkəran kəndi ərazisindəki şəlalənin altında çimərkən suda batıb.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri onun meyitini aşkarlayaraq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

APA.az

***
13:38

Lənkəranlı gənc Lerik rayonunda istirahət edərkən çayda boğulub.

Hadisə Lənkəran-Lerik yolunun keçdiyi ərazidə (Lənkəran-Lerik yolunun 25-ci km-də, Sivəkəran kəndində) qeydə alınıb. Hələlik şəxsiyyəti dəqiqləşdirilməyən, Lənkəran sakini olduğu bildirilən şəxs yolun kənarındakı dərəyə enib. Orada təxminən 3 metr hündürlüyü olan şəlalənin aşağı hissəsində çimmək istəyib.

Yerli sakinlərin sözlərinə görə, həmin şəxs yaxınlıqdakı istirahət mərkəzlərindən birində yeyib-içdikdən sonra sərinlənmək üçün çaya girib. Burada isə çayda batıb. Həmin ərazidə çatın bəzi yerlərində dərinliyi 10 metrə qədərdir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri məlumatlandırılıblar. Hazırda ərazidə axtarış aparılır.

Report.az
Bağla X