Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda maşın yolayrıcına çırpıldı - Sürücü yaralandı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda "Mitsubishi" markalı minik avtomobili yolun kənarındakı dəmir yolayrıcı çəpərlərə çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyatı üzrə təhvil verib. Əməliyyat saat 19:44-də başa çatıb.