Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mərhum əsgəri Pərviz Paşayevin atası Paşa Paşayev oğlunun döyülüb öldürülərək kanala atılması barədəki məlumatlara münasibət bildirib. Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mərhum əsgəri Pərviz Paşayevin atası Paşa Paşayev oğlunun döyülüb öldürülərək kanala atılması barədəki məlumatlara münasibət bildirib.

Əsgərin ölümünə görə gizir həbs olundu

Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mərhum əsgəri Pərviz Paşayevin atası Paşa Paşayev oğlunun döyülüb öldürülərək kanala atılması barədəki məlumatlara münasibət bildirib.


Qurumun Mətbuat Xidmətindən AzNews.az-a bildiriblər ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Paşayevin 30 iyul 2016-cı il tarixdə Mil-Muğan su kanalına düşərək boğulub ölməsi faktına görə Füzuli hərbi prokurorluğu tərəfindən araşdırma aparılıb. İlkin araşdırma ilə müəyyən edilib ki, 30 iyul 2016-cı il tarixdə saat 12:50 radələrində mərhum əsgər Paşayev Pərviz Paşa oğlu xidmət etdiyi bölmənin əsgərləri ilə birlikdə üzərlərində böyük təyin olunmuş gizir Bayramov Ramin Cahangir oğlunun göstərişinə əsasən Beyləqan şəhərindən keçən Mil-Muğan su kanalının üzərində qurulmuş piyada keçidi üçün nəzərdə tutulmayan metal boruların üstü ilə kanalın bir sahilindən digər sahilinə keçmək istəyərkən müvazinətini itirib kanala düşüb və suda boğularaq ölüb.

Həmin fakta görə 31 iyul 2016-cı il tarixdə Füzuli Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.

İş üzrə hadisə yerinə baxış keçirilib, mərhum P. Paşayevin meyitinin xarici və daxili müayinələri aparılıb, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-trasoloji ekspertizaları təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Mərhum əsgər Pərviz Paşayevin meyitinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə onun ölümünə səbəb suda boğulması olub.

İstintaq zamanı gizir Bayramov Ramin Cahangir oğlunun Azərbaycan Respublikası CM-nin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunduğundan, ona 2 avqust 2016-cı il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunub və Füzuli hərbi məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mərhumun atası Paşa Paşayevin oğlunun döyülüb-incidilməsi, öldürülərək kanala atılması, onun iştirakı ilə hərbi qulluqçuların qrup halında dava etmələri barədə göstərdiyi hallar istintaq zamanı öz təsdiqini tapmayıb.

Bildirlir ki, hazırda iş üzrə əhəmiyyət kəsb edən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.