- Köhnə - Hadisə
- 19 Avqust 2016 19:59
- 2 247
Qiyas İbrahimovun istintaqı yekunlaşdı
Narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən Qiyas İbrahimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
AzNews.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, gələn həftə cinayət işi məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan onların barələrində olan cinayət işi ayrılıb.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir.