Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında avtomobil qəzası baş verib. Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında avtomobil qəzası baş verib.

Traktoru daşıyan evakuator aşdı - FOTO

Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında avtomobil qəzası baş verib.


MAN markalı "90-JV-865" dövlət qeydiyyat nişanlı evakuator dönmə əməliyyatını yerinə yetirərkən üzərində olan tırtıllı traktor aşıb.

Hadisə şahidləri MAN-ın yüksək sürətlə dönmə manevri etdiyini, bu zaman traktorun tırtılının qırıldığını və nəticədə onun yerə düşdüyünü bildiriblər.

Qəza nəticəsində xəsarət alan olmasa da, yol təsərrüfatına ziyan dəyib. Həmçinin yol-hərəkəti nişanları yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və "Azəravtoyol" ASC-nin əməkdaşları cəlb olunub.


Report.az