Bakıda tibb ocağına basqın olunub. Diş ağrısı adı ilə stomatoloji klinikaya girən dostlar oranı cinayətkar kimi tərk ediblər. Bakıda tibb ocağına basqın olunub. Diş ağrısı adı ilə stomatoloji klinikaya girən dostlar oranı cinayətkar kimi tərk ediblər.

Klinikada həkimlərə hücum çəkən oğru danışdı - Video

Bakıda tibb ocağına basqın olunub. Diş ağrısı adı ilə stomatoloji klinikaya girən dostlar oranı cinayətkar kimi tərk ediblər.


AzNews.az Region TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Biləcəri qəsəbəsində stomatoloji klinikaların birində baş verib. Klinikaya daxil olan şəxslər orada işləyən Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək mobil telefonlarını alıblar.

Binəqədi polisi hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyevi tutub. Dindirilmə zamanı onlar əməllərini etiraf ediblər.

Fikrət Rzayev: "Girdik diş yerinə. Xanım var idi orada, getdi həkim çağırmağa. Gördüm ki, telefonu var, götürüb çıxdım. Sonra polis əməkdaşları tutdular".

Fəhmin Atakişiyev: "Mən diş ağrısı üçün girmişdim. Sonra telefonu götürüb qaçdım".

Faktla bağlı hər iki şəxs barəsində rayon polis idarəsində cinayət işi başlanıb, istintaq davam edir.