Şəmkir rayonunun Yenihəyat kəndində toy məclisində kütləvi dava baş verib. Şəmkir rayonunun Yenihəyat kəndində toy məclisində kütləvi dava baş verib.

Toyda kütləvi dava - Bir nəfər bıçaqlandı

Şəmkir rayonunun Yenihəyat kəndində toy məclisində kütləvi dava baş verib.


AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, sərxoş halda mübahisə edən gənclər sonda bıçağa əl atıblar. Kütləvi dava zamanı kənd sakini 29 yaşlı Elman Səfərov bıçaqlanıb. Dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunub. Vəziyyəti orta ağırdır.

Hələlik kütləvi davanın iştirakçıları və Səfərovu bıçaqlayan şəxsin kimliyi məlum deyil. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə araşdırma aparır.