11:37
(077) 610-22-33

9 otaqlı ev külə döndü - Ailə küçədə qaldı

  • >
1 213 20 Avqust 2016 17:13 | Hadisə

Ağsuda fərdi yaşayış evi yanaraq külə dönüb.


Hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini 65 yaşlı Əkbər Şirinova məxsus mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 182 kvadratmetr olan 9 otaqlı və iki mərtəbəli fərdi yaşayış evi içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Yanğın barədə vaxtında məlumat verilmədiyi üçün ev tamamilə yanaraq külə dönüb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Ev sahibi Ə.Şirinov baş verənləri danışarkən göz yaşlarını saxlaya bilməyib: "Biz aşağıdakı evdə yatmışdıq, 2 nəvəm, bir də ikimiz. Gecə saat 4 radələrində gurultu səsi gəldi, şüşə sındı. Dedim ki, yəqin bərk külək əsir. Çıxdım bayıra, gördüm ki, yuxarı mərtəbədən alov qalxır. Nə girmək mümkündür, nə də söndürmək. Balalarımın cehizləri, qızılları - hamısı yanıb. Bir dənə çöp də çıxara bilmədik. Əynimdəki qonşunun paltarıdır".


Region TV
Bağla X