08:10
(077) 610-22-33

Avtomobili qaçırıb qəza törətdi - 1 nəfər öldü

  • >
1 718 22 Avqust 2016 14:19 | Hadisə

Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 21-də saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Ramin Səfərəliyev idarə etdiyi "Hyundai" markalı avtomobili aşırmışdır. Nəticədə R.Səfərəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, Orxan Yadigarov orada ölüb.

Araşdırmalar zamanı qeyd edilən nəqliyyat vasitəsinin həmin gün R.Səfərəliyev tərəfindən qaçırılması müəyyən edilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Səfərəliyev tutulub.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Bağla X