Avqustun 22-si günorta saatlarında Tərtər-Hindarx avtomobil yolunun 18-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil yolunun Tərtər rayonunun “Dördyol-1” qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınan qəza nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb. Avqustun 22-si günorta saatlarında Tərtər-Hindarx avtomobil yolunun 18-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil yolunun Tərtər rayonunun “Dördyol-1” qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınan qəza nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

İki maşın toqquşdu - Ölən və yaralılar var + Foto

Avqustun 22-si günorta saatlarında Tərtər-Hindarx avtomobil yolunun 18-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil yolunun Tərtər rayonunun “Dördyol-1” qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınan qəza nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.


Şuşa rayon sakini 1970-ci il təvəllüdlü Həsənov İsmayıl Həsən oğlunun idarə etdiyi 50 CN 703 nömrəli "Mercedes" markalı avtomaşınla Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Qəhrəmanov Şakir Abdulla oğlunun idarə etdiyi 02 BR 118 nömrəli "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə Şakir Qəhrəmanov hadisə yerində ölüb, iki sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin istintaq qrupunda araşdırma aparılır.

Azərtac.az