08:21
(077) 610-22-33

Ev əşyaları ilə birlikdə yanaraq kül oldu - Ailə evsiz qaldı

  • >
953 22 Avqust 2016 20:43 | Hadisə

Şabranda bir ailənin 6 üzvü evsiz qalıb.


Tacıyevlər ailəsinin yaşadığı ev bu gün səhər baş verən yanğın zamanı əşyaları ilə birlikdə yanıb. Hadisə zamanı ailə üzvləri evdə olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bu gün səhər saatlarında Şabran rayonunda güclü yanğın qeydə alınıb. Hadisə rayonun Gəndov kəndində baş verib. Gəndov kənd sakini Vahid Tacıyevə məxsus 110 kv.m-lik 5 otaqlı evin 98 kv.m-i yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğınsöndürənlər evin bir hissəsini yanğından mühafizə edib və alovun qonşuluqdakı digər evlərə keçməsinin qarşısını ala biliblər. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Ev sahiblərinin sözlərinə görə, alovdan heç bir əşyanı xilas edə bilməyiblər.

Yanğın zamanı ailənin sənədləri və kredit üçün ayrılan pulu yanıb.

Ev sahibləri yanğının qısaqapanma nəticəsində baş verdiyini bildirirlər. Lakin hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.


Region TV
Bağla X