Yol-nəqliyyat hadisələri nəticəsində 3 nəfər ölüb. Yol-nəqliyyat hadisələri nəticəsində 3 nəfər ölüb.

1 gündə 3 nəqliyyat hadisəsi - 3 nəfər öldü

Yol-nəqliyyat hadisələri nəticəsində 3 nəfər ölüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, avqustun 22-də saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Tehran Həsənov idarə etdiyi "Lada" markalı avtomobillə yolu keçən həmyerlisi Nigar Əhmədovanı vurub. Piyada hadisə yerində ölüb.

Avqustun 22-də saat 06 radələrində isə Biləsuvar şəhərində şəhər sakini Süleyman Mahmudov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Alimə Ağarəhimovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Digər yol-nəqliyyat hadisəsi isə Tovuz rayonunun Aşağı Quşçu kəndinin ərazisində qeydə alııb.

Belə ki, avqustun 22-də saat 22 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndinin ərazisində kənd sakini Boris Yusifov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən həmkəndlisi Qabil Rüstəmovu vurub. Piyada hadisə yerində ölüb.

Hər 3 nəqliyyat hadisəsi ilə bağlı RPŞ tərəfindən araşdırma aparılır.