Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər. Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər.

Əməliyyatda ölən qızın qohumları həkimləri döydü - Vəziyyətləri ağırdır + Yenilənib

Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər.


Bu barədə əməliyyat aparılan "Yeni Gəncə" özəl tibb mərkəzindən məlumat verilib.

Məlumata görə, ötən gün burun çəpərindən əməliyyat edilməsi üçün mərkəzə daxil olan 1999-cu il təvəllüdlü Aygül Orucovanın səhhəti əməliyyatdan sonra pisləşib və ona 30 dəqiqəyə kimi tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Mərkəzdən bildirilib ki, A. Orucovanın qohumları əməliyyatı həyata keçirən həkim və anestezioloqu döyüblər. Xəsarət alan həkim və anestezioloq xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA.az

13:36
***


Avqustun 22-də "Yeni Gəncə Özəl Tibb Mərkəzində" əməliyyat olunarkən ölən şəhər sakini 1999-cu il təvəlüdlü Aygül Orucovanın yaxınları əməliyyatı aparan həkimləri, Mayıl Əliyev və Mehdi Talışinskini döyüblər.

Ağır xəsarətlər alan hər iki həkim tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.