Neftçalada taksinin dərəyə yuvarlanması ilə nəticələnən qəza baş verib. Neftçalada taksinin dərəyə yuvarlanması ilə nəticələnən qəza baş verib.

Taksi dərəyə yuvarlandı - Sürücü yaralandı + Video

Neftçalada taksinin dərəyə yuvarlanması ilə nəticələnən qəza baş verib.


Hadisə bu gün günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Bakının Yasamal rayon sakini, 47 yaşlı Şahin İsmayilov idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolun döngə hissəsində idarəetməni itirib. Nəticədə avtomobil aşaraq yoldan 50 metr aralıya düşüb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasina çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.

Region TV