18:17
(077) 610-22-33

Xəzərdə daha bir nəfər boğuldu - Yenilənib

  • >
747 23 Avqust 2016 22:09 | Hadisə

Lənkəranın Sütəmurdov kəndi ərazisində Xəzər dənizinin sahilində bir nəfər batıb.


Hadisə axşam saatlarında baş verib. Onun kimliyi məlum olmasa da, şahidlər onun Cəlilabad rayon sakini olduğunu bildiriblər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Sularda Xilasetmə Dalğıc Qrupu məlumatlandırılıb. Onlar hadisə yerinə gəldikdən sonra batan şəxsin tapılması üçün tədbirlər görüləcək.

20:54
***

Xəzər dənizinin Lənkəranın Sütəmurdov kəndi sahillərində batan kişinin şəxsiyyəti məlum olub.

Bu, Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Əzimov Əli İltifat oğludur.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qurumun Cənub Regional Mərkəzi və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri batan şəxsin axtarışına başlayıb.

Report.az
Bağla X