Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil ağaca çırpıldı - 2 nəfər ağır yaralandı

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Xaçmaz rayon sakini, 25 yaşlı Elvin Nöhbala oğlu Şıxıyev "Volkswagen-Passat" markalı, 90 NT 637 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Deformasiyaya uğrayan avtomobildə sürücü və onun sərnişini Xaçmaz rayon sakini Turanə Hacıəhməd qızı Heybətova ağır bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyətləri ağır olaraq qalır.

Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report.az