21:48
(077) 610-22-33

Qadın yemək bişirərkən ocağda yandı - Salyanda

  • >
2 273 25 Avqust 2016 09:51 | Hadisə

Salyan rayonunda qadın ocaqda yanıb.


Hadisə rayonun Alçalı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Sənəm Ələsgər qızı Əhədova həyətdə ocaq qalayarkən ehtiyatsızlıq edib. Benzini ocağa tökən zaman alov onu tutub.

Qadın yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.

Report.az
Bağla X