10:38
(077) 610-22-33

İkinci qrup əlil bıçaqlandı - Cəlilabadda + Yenilənib

  • >
1 558 25 Avqust 2016 12:12 | Hadisə

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.


Hadisə Cəlilabad şəhəri Qurtuluş küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 21 yaşlı Məhəmmədəli Kərimli qonşusu Səid Əliyev tərəfindən bıçaqlanıb.

S.Əliyev M.Kərimlinin yaşadığı evə gələrək onu həyətə çağırıb. Tərəflər mübahisə etdikdən sonra S.Əliyev üzərindəki bıçaqla M.Kərimliyə 7 bıçaq zərbəsi vurub.

Yaralı qonşuları tərəfindən Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən S.Əliyev artıq polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan M.Kərimli ikinci qrup əlildir.

Report.az


10:20
***


Cəlillabadda 16 yaşlı gənc qonşusunu bıçaqlayıb.

Şəhər sakini 2000-ci il təvəllüdlü Səid Əliyev qonşuluqda yaşayan 1994-cü il təvəllüdlü Məhəmmədəli Kərimovla mübahisə edib. Mübahisə daha da gərginləşib, tərəflər arasında söyüş söyülüb. 16 yaşlı Səid Əliyev qonşusuna 7 bıçaq zərbəsi vurub. Səid Əliyev hadisə yerində qaçıb. Məhəmmmədli Kərimov kəsilmiş-deşilmiş vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaraları tikilsə də, onun vəziyyəti hələ də ağırdır.

Lent.az
Bağla X