- Köhnə - Hadisə
- 25 Avqust 2016 14:22
- 6 944
4 nəfər dənizdə boğuldu
Daxili İşlər Nazirliyi son iki gündə ölkə çimərliklərində baş verən bədbəxt hadisələrlə bağlı məlumat yayıb.
AzNews.az xəbər verir ki, məlumatda bildirikir ki, ümumilikdə 4 nəfər boğularaq ölüb.
Məlumata görə, avqustun 24-də Səbail rayonunun Şıx qəsəbəsindəki dəniz çimərliyində 20-25 yaşlı kişi və Bakı şəhər sakini Məmmədəli Tağızadə suda boğulub. Avqustun 23-də isə Quba rayon sakinləri Elmar Ömərov və Roman Nəcəfov Xaçmaz rayonunun Müqtədir kəndindəki dəniz çimərliyində boğulub.
Bütün faktlarla bağlı araşdırma aparılır.